• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 769
— 15.02.2016 18:17

Lənkəran və Zaqatalada yanğınlar baş verib

Lənkəranda fərdi yaşayış evində yanğın baş baş verib. Bir nəfər xəsarət alıb. Anoloji hadisə Zaqatalada da qeydə alınıb. Bu dəfə hadisə xəsarətsiz ötüşüb.

Lənkaranda yanğın baş verib. Hadisə rayonun Boladi kəndində Əlişan Səfərovun evində qeydə alınıb. Evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Hadisə nəticəsində Əlişan Səfərovun həyat yoldaşı Böyükxanım Əsgərova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Edilən müdaxilə nəticəsində alovun qarşısını almaq mümkün olub.

Zaqatalanın Aşağı Tala kəndində də oxşar hadisə qeydə alınıb. Kənd sakini Məhəmməd Kələşova məxsus, hazırda heç kimin yaşamadığı ümumi sahəsi 70 kv/m olam birmərtəbəli, 3 otaqlı ev anidən alışıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları tamamilə yanıb. 

Hər iki faktla bağlı FHN-nin DYMH-də araşdırmalara başlanılıb.

Ruhəngiz Hacızadə