• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 769
— 15.02.2016 18:29

Bakıda uşaq su quyusunda, Ağcabədi sakini isə Kür çayında boğuldu

Paytaxtda 10 yaşlı uşaq faciəvi şəkildə həyatını itirib. Hövsan qəsəbə sakini İbrahim Məmmədov yaşadığı evin həyətindəki su quyusuna düşüb. Nəticədə uşaq elə oradaca keçinib. İlkin ehtimala görə, hadisəyə ehtiyatsızlıq səbəb olub.

Ağcabədi rayonunda isə Kür çayında batan şəxsin meyiti tapılıb. Bir müddət öncə 42 yaşlı rayon sakini Qiyas Kərimov Kür çayında batıb. Aparılan axtarış tədbirləri ilə sözügdən şəxsin cəsədi batdığı yerdən bir neçə kilometr aralıdan tapılıb.

Vüsalə Camal