• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1385
— 15.02.2016 15:58

40 il əvvəl tapılan qədim küp bu gün də qorunub saxlanılır

Tovuzun Hacallı kənd sakini illər öncə həyətindən tapdığı əşyanı bu gün də qoruyub saxlayır. O, bu əşyanın rayonun qədimliyindən xəbər verdiyinə inanır.

40 il əvvəl Habil Əhmədova məxsus evin həyətində tövlə üçün qazıntı işləri aparan zaman böyük küp tapılıb. Ev sahibləri onun daş-qaşla dolu olduğunu zənn etsələr də, içərisindən heyvan sümükləri çıxıb. Kənd ağsaqalları küpün tapıldığı ərazinin qədim yurd yeri olduğunu, bu səbəbdən də burada böyük ölçülü qabların, sümüklərin çox olduğunu iddia edirlər. Küpdən buğda, un və digər məhsulları saxlamaq üçün istifadə edilir.

Tək Hacallı kəndində deyil, Tovuzun Yuxarı Öysüzlü, Əlibəyli kəndlərində də bu cür qədim qablar, əşyalar aşkarlanır. Bu səbəbdən yerli sakinlər ərazinin geniş təqdiqata ehtiyacı olduğunu bildirirlər.

Rahim İbrahimoğlu