Göygöl rayonunun Üçtəpə kəndində sakinlər kişi meyiti aşkarlayıblar. Polisin araşdırmaları nəticəsində, meyitin Daşkəsən rayon sakini, 86 yaşlı Əlirza Nəcəfova məxsus olduğu müəyyənləşdirib. Şəxsin kənd ərazisində oğlu Vahid Nəcəfovun tikdirdiyi evə baxmağa gedərkən yolda ürəktutmasından dünyasını dəyişdiyi məlum olub. Faktla bağlı araşdırmalar davam etdirilir.
Vüsalə Camal
- Baxış: 1092