• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 769
— 15.02.2016 11:14

Tovuzda avtomobil piyadanı vuraraq xəstəxanalıq etdi

Tovuzda ağır yol qəzası baş verib. Qəza bu gün səhər saatlarında rayonun Aşağı Öysüzlü kəndinə gedən yolda qeydə alınıb. “VAZ” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Yaralanan kənd sakini Mətləb Həsənov Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Xəstə reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər vəziyyətini ağır olaraq qiymətləndirirlər. Faktla bağlı araşdırmalara başlanılıb.

Rahim İbrahimoğlu