• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 769
— 15.02.2016 08:30

Toqquşan “VAZ”lar bordürə çırpıldılar

Bakı-Qazax avtomagistralının Ağstafa rayonundan keçən hissəsində yol qəzası baş verib. 72 BA 143 dövlət qeydiyyat nişanlı "VAZ 21 06" markalı avtomobillə 10 MM 828 nömrəli "VAZ 21-012"  toqquşub. Zərbənin gücündən hər iki avtomobil bayraq meydanının bordürünə çırpılıblar. Kəpəz TV (Region TV) xəbər verir ki, hadisə zamanı xəsarət alan olmayıb. Qəzanın dəqiq səbəbləri araşdırmalardan sonra bilinəcək. Bir ay əvvəl də həmin ərazidə yüksək sürətlə hərəkət edən "Naz-Lifan" markalı avtomobil yoldan çıxaraq bayraq meydanının bordürünə çırpılıb, nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.