• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 922
— 09.10.2014 16:09

1 saylı UGİM-in yeniyetmə cüdoçuları iki böyük yarışda uğurlu nəticələrə imza atıblar

1 saylı Uşaq Gənclər İdman Məktəbinin yeniyetmə cüdoçuları biri beynəlxalq, digəri ölkə əhəmiyyətli olmaqla iki böyük yarışda iştirak edib. Tatami ustaları hər iki yarışda Nizami yurdunu layiqincə təmsil ediblər.

Çıxışı uğurlu alınan cüdoçulardan Vilayət Bayramov Rusiyada düzənlənən beynəlxalq səviyyəli yarışda mükafatçılar sırasına düşə bilib. Bayramov 42 kq-da 2002-2003-cü il təvəllüdlü həmyaşıdları arasında bacarığını nümayiş etdirərək bürünc medal qazanıb.

UGİM-in digər yetirməsi Yusif Məmmədov isə Bakıda reallaşan respublika əhəmiyyətli yarışda uğurla çıxış edib. O, 2001-2003-cü il təvəllüdlü cüdoçuların mübarizəsində 50 kq-da fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.

Əldə olunan nailiyyətlərlə bağlı fikirlərini bölüşən məşqçi Xanəhməd Rzazadə yetirmələrindən gələcəkdə daha yaxşı nəticələr gözlədiyini bildirib.

Sonda bildirək ki, eyni yaş qrupu üzrə cüdoçular ilin sonunda Azərbaycan birinciliyinə qatılacaqlar.

Orxan Cəfərzadə