• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2557
— 09.10.2014 14:48

“Sərhədçi” İdman Olimpiya Mərkəzində boks üzrə Azərbaycan kuboku yarışı davam edir. 81 boksçunun mübarizə apardığ turnir Azərbaycan milli komandasına seçim xarakteri daşıyır.

 

 

¼ final mərhələsinin əsas gözlənilməz nəticələrindən biri 56 kq çəki dərəcəsində qeydə alınıb. “Baku Fires” klubunun üzvü, əvəllər gənclər arasında dünya çempionu olmuş Məhəmməd Qurbanov Kənan Hüseynəliyevə məğlub olub. 56 kq çəki dərəcəsində əsas favoritlərdən sayılan Tural Əhmədov Ceyhun İbrahimlini məğlub edərək, yarımfinala yüksəlib.

60 kq çəki dərəcəsində Elvin İsayev və Albert Səlimov da yarımfinala yüksəliblər. Dünya və Avropa çempionu Səlimov çətinlik çəkmədən Şamil İbrahimzadəni məğlub edib.

64 kq çəki dərəcəsinin iki əsas favoriti – milli komandamızın 1-ci nömrəsi Heybətulla Hacəliyev və ötən ilki ölkə çempionu Lorenso Sotomayor da ¼ final mərhələsini qələbə ilə başa vurublar.

75 kq çəki dərəcəsində yarımfinalda Xaybulla Musalovla Kamran Şahsuvarlının döyüşü maraq doğurur. “Qəbələ” klubundan Elvin Qəmbərov və “Baku Fires”dən Jaba Xositaşvili  81 kq-da  döyüşlərini nokautla başa vurublar.

Qeyd edək ki, yarışa oktyabrın 10-da yekun vurulacaq. Final döyüşləri saat 15:00-da başlayacaq.