• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 761
— 13.02.2016 21:21

Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Gəncədə 3 nəfərin xəsarəti ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınlıb. Hadisə şəhərin Ozan küçəsində baş verib. “Qazel” markalı avtomobillə hələlik markası bilinməyən minik maşının toqquşması nəticəsində 49 yaşlı Surxay Bayramov, 24 yaşlı Əzizə Həsənova və 30 yaşlı Vüsal Pirani adlı şəxslər xəsarət alıblar. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının (TTYX) travmatologiya şöbəsinə yerləşdiriliblər, vəziyyətlərinin normal olduğu deyilir. Faktla bağlı araşdırma aparılır. 

Natiq Hüseyn