• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1730
— 13.02.2016 14:09

Bakalavriat, magistratura və rezidentura səviyyələrinə qəbul olmaq istəyənlər üçün online sınaq imtahanı keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin bakalavriat, magistratura və rezidentura səviyyələrinə qəbul olmaq istəyən abituriyent və namizədlər üçün online sınaq imtahanı keçirəcək.

Namizədlərə öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan online imtahanda suallar qəbul proqramı əsasında təqdim olunacaq. İmtahanda iştirak etmək istəyənlər TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu kartı internet ödəmə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə SMS göndərməklə əldə etmək olar. Ödəmə kartı əldə edildikdən sonra TQDK nın rəsmi saytındakı aidiyyatı bölməyə (eservices.tqdk.gov.az/sinaq/) daxil olaraq, yeni istifadəçi kimi qeydiyyatdan keçib, şəxsi hesab açmaq lazımdır. 

Şəxsi hesab açmaq üçünsə təqdim olunan bölmələrə istifadəçi adı, parol, əldə etdiyimiz ödəmə kartının seriya nömrəsi, kartın pinkodu və e-mail ünvanı daxil edilməlidir. Bundan sonra istənilən vaxt yeni ödəmə kartı əldə edərək, hesabdakı balansı artırmaq olar.

Magistraturaya sınaq imtahanına yazılışın fevralın 20-dən, rezidenturaya isə martın 19-dan həyata keçirilməsi nəzərdə tutulur.

Gülnar Fazilqızı