• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 769
— 13.02.2016 16:25

Qazaxda ağır yol qəzası baş verib, 3 nəfər ölüb (Yenilənib)

Qəza zamanı ağır bədən xəsarətləri alaraq Qazax Diaqnostika Mərkəzinə yerləşdirilən yaralılardan biri - Niyaməddin Vəliyev həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

13:37-yə olan xəbər

Gecə saatlarında Qazaxda dəhşətli qəza baş verib. Hadisə Bakı-Qazax magistralının 479–cu km-də qeydə alınıb. Sürətlə idarə olunan avtomobilin səkiyə çırpılması zamanı, sürücü 35 yaşlı Qazax rayon sakini Elfaq Bəyimov və sərnişin 25 yaşlı Şirxan Əhmədov hadisə yerində dünyalarını dəyişiblər. Avtomobildə olan digər 3 nəfər - 22 yaşlı Sənan Abbaszadə, 34 yaşlı Niyaməddin Vəliyev, 21 yaşlı Vidadi Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qazax Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Ağır qəza nəticəsində avtomobildə sıxılıb qalan sürücü və sərnişinləri FHN-nin yanğınsöndürən-xilasediciləri avtomobildən çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Qeyd edək ki, qəza zamanı dünyasını dəyişən və xəsarət alanlar Qazax rayon sakinləridir. Hadisənin başvermə səbəbi araşdırılır.  

04:48-ə olan xəbər

Bakı-Qazax yolunun 479-cu km-də yol qəzası qeydə alınıb. Magistral yolun Qazax rayonu ərazisindən keçən hissəsində baş verən hadisə zamanı “VAZ” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və maşını yol kənarındakı səkiyə çırpıb. Nəticədə sürücü E.Bəyimov və sərnişin Ş.Əhmədov yerindəcə dünyasını dəyişiblər. Avtomobildə olan digər sərnişinlər isə ağır bədən xəsarətləri alıb. Zərbənin təsirindən ağır deformasiyaya uğruyan avtomobildən cəsədlər və xəsarət alan şəxslər hadisə yerinə çağrılan FHN-nin xilasedicilərinin köməkliyi ilə çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.  

Rahim İbrahimoğlu