• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 769
— 12.02.2016 19:22

Qusarda iki nəfər dəm qazından boğulub

Qusar rayonunun Hil kəndində dəm qazından boğulma faktı qeydə alınıb. Kənd sakini 1991-ci il təvəllüdlü Rəşad Mustafayev və hələlik şəxsiyyəti müəyyənləşdirilməyən gənc qadının meyidi hamamda tapılıb. Hadisə yerinə Qusar rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.