• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1424
— 12.02.2016 12:35

Şagirdlər arasında “Sabahın alimləri” V ümumrespublika müsabiqəsinə start verildi

Şagirdlər arasında “Sabahın alimləri” V ümumrespublika müsabiqəsinin keçirilməsinə başlanılıb. Müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaqdır. Müsabiqənin qalibləri hər il ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmək hüququ əldə edəcək. “Sabahın alimləri” müsabiqəsində ölkənin 11 şəhər və rayonunun ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri 129 elmi layihə ilə iştirak edirlər. Onlardan 87-si kollektiv, 42-si isə fərdi layihədir. 8 kateqoriya üzrə keçirilən müsabiqə üç gün davam edəcək və fevralın 13-də qaliblər müəyyən olunacaq. Müsabiqədə Gəncənin bir ümumtəhsil məktəbinin şagirdləri də iştirak edirlər.

Söhrab Hacıyev -Gəncə Şəhər Metodiki Mərkəzin direktoru:“Sabahın alimləri” V Ümumrespublika müsabiqəsində Gəncənin 26 nömrəli tam orta məktəbinin eksperimental sinfinin şagirdləri kompüter layihəsi üzrə elektron təhsil müsabiqəsində iştirak edirlər. Gəncə şəhərinin ümumtəhsil məktəbləri Təhsil Nazirliyi tərəfindən keçirilən bütün müsabiqələrdə uğurla çıxış edirlər”.  

Ruhəngiz Hacızadə