• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2185
— 11.02.2016 16:11

GDU-nun tələbələri Niderland Krallığının Layden Universitetinə göndərilib

Gəncə Dövlət Universitetinin tələbələri Niderland Krallığının Layden Universitetinə göndərilib. 2 tələbə burada ali təhsil proqramı, tədris prosesi ilə yaxından tanış olacaq. Tələbələr Niderlanda Avropa Birliyinin “TEMPUS CURDEUS” layihəsi çərçivəsində göndərilib. 2 mərhələli seçim aparılıb və 10-dan çox tələbə arasında 2 nəfər müəyyənləşdirilib. Tələbə mübadiləsi Gəncə Dövlət Universitetinin Avropa təhsil sisteminə inteqrasiyasını sürətləndirir. Gələn ay isə daha 2 gəncin Portuqaliyaya göndərilməsi nəzərdə tutulur.

Vüsalə Camal