• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 769
— 11.02.2016 14:06

Bakıda baş verən güclü yanğın hadisəsi 5 evə ziyan vurdu

Səhər saatlarında paytaxtın Binəqədi rayonunda fərdi yaşayış evlərində güclü yangın hadisəsi baş verib. Alovun qarşısının alınması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası və polis əməkdaşları cəlb olunub.

Fərdi yaşayış evləri bir-birinə yaxın olduğu üçün alov qısa zaman kəsiyində çardaqdan digər evlərə keçib. İlk yanan ev və ona bitişik olan digər tikili tamamilə yanaraq külə dönüb. Otaqlardan heç bir əşyanı çıxartmaq mümkün olmayıb.

Yanan mənzillərdən ikisində yaşayış olmadığı üçün yalnız tavan, döşəmə və divarlar yararsız hala düşüb.

Digər həyət evində isə hələ təmir başa çatmadığı uçun sadəcə dam örtüyü və içəridə olan döşək yanıb. Ev sahibi ərazidə yaşamadığı üçün onun mənzilinin tamamilə yanmasının qarşısını qonşular alıb.

4 həyət evindən sonra alov sonuncu olaraq Ramin Qandaxovun evini əhatəyə alıb.

Yanğın zamanı ümumi sahəsi 490 kv.m olan birmərtəbəli 5 fərdi yaşayış evinin yanar konstruksiyaları 452 kv.m sahədə yanaraq yararsız hala düşüb. Hazırda yanğının hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır.

Ruhəngiz Hacızadə