• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2294
— 11.02.2016 13:55

Respublika Həmkarlar İttifaqları Konfederasiyasının sədri Göygöldə vətəndaşlarla görüşüb

Respublika Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev Göygöldə ictimaiyyət nümayəndələri və sahibkarlarla görüşüb. Son illər rayonda həyata keçirilən tikinti və sosial layihələrdən danışılıb. Göygöldə turizmin, sənayenin və kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar olduğu diqqətə çatdırılıb. Konfederasiya sədri qeyri-neft sektounun inkişafı üçün dövlət tərəfindən həyata keçirilən sosial layihələr barədə məlumat verib. Əkin sahələrindən maksimum istifadə etməyin səmərisinin, sənayenin daha da inkişaf etdirilməsinin, sahibkarların fəaliyyətinin daha da genişləndirilməsinin vacibliyini önə çəkib. Fermer və torpaq mülkiyyətçilərinə dövlət tərəfindən hər cür dəstəyin göstəriləcəyi vurğulanıb. Çıxış edənlər rayonda bir sıra sahələrin genişləndirilməsi üçün uzunmüddətli kreditlərə ehtiyac olduğunu səsləndiriblər.

Səttar Mehbalıyev- Respublika Həmkarlar İttifaqları Konfederasiyasının sədri: “Sahibkarlar tərəfindən daxil olan təkliflər, ərizə və şikayətlər operativ şəkildə müzakirə olunacaq və onlara vaxtında cavablar veriləcək. İkinci bir tərəfdən, ölkə prezidentinin tapşırığı odur ki, bölgələrdə sənaye parkları yaradılsın. Belə bir pilot layihə Neftçala rayonunda həyata keçirilir. Mən belə düşünürəm ki, Göygöl rayonunun rəhbərliyi də bu haqda düşünəcək. Əhalinin məşğulluğunun təmin olunması və yeni iş yerlərinin açılması istiqamətində mühüm işlər görəcəklər”.

Natiq Hüseyn