
Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus inşaat malları mağazasının reklam lövhəsində yanğın baş verib. Dərhal hadisə yerinə çağırılan yanğınsöndürənlər tərəfindən yanğının qarşısı alınıb. Yanğınsöndürənlərin operativliyi nəticəsində mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Elton Cabbarlı
- Baxış: 527