• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2167
— 10.02.2016 22:50

Şəhidimiz dəfn olundu

Fevralın 10-da ordumuzun şəhid olan hərbi qulluqçusu 26 yaşlı Rahib Quliyev doğulduğu Tovuz rayonunun Bozalqanlı kəndində torpağa tapşırılıb. Dəfn mərasimində müxtəlif idarə və müəssisələrin nümayəndələri, rayon ictimaiyyətinin təmsilçiləri, şəhidin xidmət etdiyi hərbi hissənin komandiri və əsgər yoldaşları iştirak ediblər. Çıxış edənlər 26 yaşlı Rahibin mərd, cəsur bir əsgər olduğunu, verilən tapşırıqları layiqincə yerinə yetirdiyini bildiriblər. Rahib Quliyev müəllimlərinin də xatirində xoş izlər buraxıb. Şəhidin tabutu üzərindəki üçrəngli Dövlət Bayrağı əbədi xatirə kimi saxlanılması üçün şəhidin əmisinə təqdim edilib.

Rahim İbrahimoğlu