Tovuzda məktəbdən qayıdan 12 yaşlı uşağı avtomobil vurub.Tovuzda ağır yol qəzası baş verib. Hadisə Qovlar-Aşağı Quşçu avtomobil yolunda qeydə alınıb. Qovlar qəsəbə sakini Elçin Allahverdiyev idarə etdiyi "Vaz 21-07" markalı avtomobillə məktəbdən qayıdan oğlanı vurub. 12 yaşlı Eşqin Əkbərov dünyasını dəyişib. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Şəmkir rayonunun Bayramlı kəndində yol qəzası baş verib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, kənd sakini 41 yaşlı Cəmilə Ələsgərova yolu keçmək istəyərkən onu avtomobil vurub. Yaralı dərhal Şəmkir Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Ona ilkin tibbi yardım göstərilib və həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər. Cəmilə Ələsgərovanı vuran sürücü isə hadisə yerindən qaçıb. Sürücünün tapılması istiqamətində axtarışlar aparılır.
Anar Qasımov- həkim: “İkinci bel fəqərəsinin sınığı diaqnozu ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Söyləməsinə görə, xəstəni maşın vurub, xəsarət alıb. Xəstəyə ilkin yardım göstərilib, hal-hazırda stasionar müalicədədir”.
Paytaxtın Nəsimi rayonunda da qəza qeydə alınıb. Arzu Hüseynov idarə etdiyi “Volkswagen Golf” markalı avtomobillə qarşısında hərəkət edən Orxan İbrahimzadəyə məxsus “Volkswagen Passat” markalı avtomobili vurub. Qəza zamanı xəsarət alan olmayıb. Müayinə zamanı qəzanı törədən “Golf”un sürücüsü Arzu Hüseynovun sərxoş olması məlum olub.
Hər iki faktla bağlı araşdırma aparılır.
- Baxış: 906