• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1429
— 09.02.2016 18:15

Xaçmaz şəhərində bədbəxt hadisə baş verib

Şəhərin Asif Cəbrayılov küçəsi, 20 ünvanında yaşayan 54 yaşlı Babək Səlimov evin zirzəmisində laqunda ilə işləyərkən onu elektrik cərəyanı vurub. Daha sonra işlək vəziyyətdə olan laqunda yerə yıxılan Babək Səlimovun baş nahiyəsinə ağır xəsarət yetirib. Axşam saatlarında yaxınları tərəfindən yaralı vəziyyətdə aşkarlanan Babək Səlimov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Tibb müəssisəsindən  bildirilib ki, xəstə uzun müddət köməksiz vəziyyətdə qaldığı üçün çoxlu qan itirib, vəziyyəti ağır-stabildir. Həkimlərin səyinə baxmayaraq, bu gün səhər saatlarında Babək Səlimov dünyasını dəyişib. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

İlham Məmmədzadə