• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1658
— 09.10.2014 11:00

Qroznıda Ramzan Kadırovun Kuboku uğrunda sərbəst güləş üzrə VI beynəlxalq turnir keçiriləcək

11-12 oktyabr 2014-cü il tarixdə Qroznıda Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun Kuboku uğrunda sərbəst güləş üzrə VI beynəlxalq turnir keçiriləcək.
Məşqçilər David Kurtsiya və Nazim Əlicanovun rəhbərliyi altında turnirdə yığma komandanın 8 üzvü iştirak edəcək. Heyətdə Namiq Sevdimzadə (57 kq), Ağahüseyn Mustafayev, Məhəmməd Müslümov (hər ikisi 65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov, Əşrəf Əliyev (hər ikisi 74 kq), Aleksandr Qostiyev (86 kq) və Aslan Dzebişov (125 kq) yer alıb. 
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxal dərəcəli hakim Zaur Şərifov təmsil edəcək. 
Turnirin proqramına əsasən, ilk gün 57, 65, 74 və 97 kq, ikinci gün isə 61, 70, 86 və 125 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.