• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 755
— 08.02.2016 18:42

Bərdədə 8 otaqlı ev yandı

Bərdədə vətəndaşa məxsus 8 otaqlı fərdi yaşayış evində yanğın hadisəsi baş verib. Hadisə rayonun Əyricə kənd sakini Telman Hüseynova məxsus evdə qeydə alınıb. Telman Hüseynovun sözlərinə görə, hadisə baş verərkən 7 nəfərdən ibarət ailə üzvünün hər biri yatılı vəziyyətdə olub. Onlar səsə oyanaraq evi tərk ediblər. Qısa vaxt ərzində güclənən alov otaqları tamamilə bürüyüb. 460 kvadratmetrlik evin yanar konstruksiyaları və bütün əşyaları alov nəticəsində tamamilə məhv olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Bərdə Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Hadisənin başvermə səbəbləri araşdırılır.

İlham Məmmədzadə