• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1637
— 09.10.2014 11:03

Bakıda şahmat üzrə FİDE-nin Qran-Pri turniri davam edir

Yarışda artıq 6-cı turun oyunları arxada qalıb. Turnirdə ev sahibi kimi mübarizə aparan Teymur Rəcəbov nəhayət ki, ilk qələbəsini qazanmağı bacarıb. Həmyerlimiz rusiyalı Alensandr Qrişuku üstələyib. Şəhriyar Məmmədyarov isə qələbəsiz oyunlar seriyasını davam etdirir. Qeyri-stabil çıxış edən Məmmədyarov bu tur Lenyer Domingeslə heç-heçə oynayıb. 6 matçdan sonra aktivində 3,5 xal olan Teymur 3-cü pilləyə qalxıb. Şəhriyar əvvəlki tək 2 xalla autsayderlər sırasında yer alıb. 7-ci turda Rəcəbov Domingeslə, komanda yoldaşı Məmmədyarov isə Yevqeni Tomaşevski ilə üz-üzə gələcək.