• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 962
— 08.02.2016 16:57

Erkən nikah və onun bərabərində gətirdiyi fəlakətlər...

Erkən nikahlar bütün dövrlər üçün narahatlıq doğuran məsələ olub. 18 yaşı tamam olmayan cütlüklərin ailə qurması gələcək nəsillərin sağlamlığını təhdid etməklə yanaşı, ailədaxili münaqişələrə qədər  bir sıra fəsadlara yol açır. Hələ fizioloji baxımdan tam formalaşmayan orqanizm erkən nikah nəticəsində müəyyən xəstəliklərin daşıyıcısına çevrilir. Anemiya, talassemiya, vaxtından tez doğuş əsas problemlər sırasındadır.

Rəna Bağırova- ginekoloq: "Erkən nikaha girən qadınlarda hamiləlik ağır keçir. Həmin vaxt anemiya baş verə bilər. Doğuşa yaxın olanda onları risk qrupuna götürürük, çünki orqanizm tam formalaşmadığından təbii doğuş olmaya bilər. Biz məsləhətlər də veririk ki, erkən nikaha girməsinlər. Valideynlər düşünməlidir ki, erkən nikah balalarına bəla gətirə bilər".

Ruhəngiz Hacızadə