• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2417
— 09.10.2014 11:04

Mayk Tayson karyerasından bəhs edən kitabının təqdimatı üçün Fransaya gedib

Boks üzrə sabiq dünya çempionu Mayk Tayson uğurlu, qalmaqallı və dramatik alınan karyerasından bəhs edən kitabının təqdimatı üçün Fransaya təşrif buyurub. Boks dünyasının gəlib-keçən ən istedadlı idmançılarından olan  48 yaşlı dəri əlcək ustası "Mübahisəsiz həqiqət" adlı memuarın müəllifidir. Tayson özünün timsalında bir nəfərin oyunundan danışılan hekayə kitabı ilə Monte-Karloda oxucuların önünə çıxacaq. Qeyd edək ki, "Dəmir Mayk" ləqəbli boksçu 20 yaşında superağır çəki dərəcəsi üzrə dünya çempionu adını qazanmaqla diqqətləri cəlb edib.