• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3132
— 06.02.2016 17:30

Gəncədə Azərbaycan Yazıçılar Birliyinin rayon və şəhər bölmələrinin iştirakı ilə tədbir keçirilib

Məqsəd yerlərdə fəaliyyət göstərən bölmələrin şair və yazarlarını bir araya gətirmək və onlar arasında ünsiyyəti möhkəmləndirməkdir. Müxtəlif regionlardan olan şair və yazarlar öz yaradıcılıqları barədə qələm dostlarına ətraflı məlumat veriblər. İlin sonuna kimi daha 3 rayonda analoji tədbirin keçirilməsinə qərar verilib.

İlqar Fəhmi - AYB-nin katibi: “Məsəl üçün Qazaxda keçirmək fikrimiz var. Beyləqanda, Şəkidə keçirmək fikrimiz var. Ümumiyyətlə, bunu biz hardasa rübdə bir dəfə keçirmək istəyirik. Amma Gəncənin özündə mən çox istəyərdim ki, ildə bir dəfə, lap mümkün olarsa ildə 2 dəfə keçirilsin. Çünki Gəncə bütün bu bölgələrin mərkəzində yerləşir. Və bura gəlib getmək də bütün bölgələr üçün çox asandır”.

Vüsalə Camal