• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 987
— 06.02.2016 17:28

Gəncə “Asan Xidmət” Mərkəzinin könüllüləri bu dəfə ağac əkiblər

Gəncə “ASAN xidmət” mərkəzinin könüllüləri "Hər kağızı bir yarpağa dəyişək" layihəsi çərçivəsində "Yaşıl Asan" təşəbbüs qrupu yaradıblar. Gənclər Heydər Əliyev parkının ərazisində 200-ə yaxın həmişəyaşıl şam ağacları əkiblər. Daha əvvəl əkilən ağaclara aqrotexniki qulluq göstərilib. Ərazi alaq otlarından təmizlənib. Ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə "Yaşıl Asan" təşəbbüs qrupu ağacəkmə aksiyalarını davam etdirəcək. Bundan əvvəl "Hər kağızı bir yarpağa dəyişək" adlı layihə çərçivəsində "Yaşıl Dağ" adlı təşəbbüs qrupu yaradılıb.

Səkinə Həsənova- "Yaşıl Asan" təşəbbüs qrupunun rəhbəri: “Məqsəd ekoloji balansa nail olmaq və ətraf mühiti qorumaqdır. Ən əsası da vətəndaşlar arasında məişət tullantılarının çeşidlənməsi və təkrar emala verilməsini təmin etməkdir. Biz bir çox davamlı layihələr keçiririk”.

Natiq Hüseyn