• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2192
— 06.02.2016 16:10

Şəmkirdə region gənclərinin sahibkarlıq fəaliyyətinin inkişafı müzakirə edilib

Ölkənin ictimai-siyasi, sosial, mədəni həyatında gənclərin, xüsusən region gənclərinin rolu bu gün də davam edən Gəncə-Qazax iqtisadi rayonu gənclərinin forumunda müzakirə edilib. Regionlarda gənclərin sahibkarlıq fəaliyyətinin inkişafı, sərhədyanı və dağlıq ərazilərdə yaşayan gənclərin məşğulluğu ilə bağlı həyata keçirilən və nəzərdə tutulan layihələrdən danışılıb. Bu il Gəncə-Qazax iqtisadi regionunda həyata keçiriləcək layihələr əsasən Şəmkirin ölkənin, Gəncənin isə Avropanın “gənclər paytaxtı” seçilməsi ilə bağlı olacaq. Qeyd edək ki, iki gün davam edən “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” regional forumunda qərb bölgəsinin 11 rayonundan fəal gənclər iştirak ediblər.

Fərhad Hacıyev – Prezident yanında Gənclər Fondunun icraçı direktoru: “4 il ərzində 2333 layihə dəstəklənib. Onların 60 faizi regionlarda, 40 faizi böyük şəhərlərdə icra olunub. Biz, ümumiyyətlə, layihələrin seçimində də daha çox diqqəti məhz region layihələrinə yönəldirik. Çox maraqlıdır ki, artıq regionlarda böyük layihələr rayon mərkəzlərində deyil, ucqar kəndlərdə də həyata keçirilir”.

Ruhəngiz Hacızadə