• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1621
— 06.02.2016 16:09

Gəncədə gənc rəssam Elçin Cəfərovun fərdi sərgisi nümayiş olunub

Emalatxanada rəssamın 60-dan çox əsəri sərgilənib ki, bunlardan da 10-u qrafika, digərləri rəngkarlıq janrındadır. Əsərlər əsasən ailə-məişət mövzusunu, insan həyatının müxtəlif anlarını əhatə edir. Rəsmlər rəssamın yaratdığı özünəməxsus sirli dünyanın qapılarını tamaşaçıları üçün açır. Sərgiyə gələnlər Elçin Cəfərovun fikirlərini reallaşdırmağa köməklik edən texnologiya və alətlərlə də tanış olublar, onun bədii axtarış yolunu izləməklə yanaşı, səmimi ab-havada ünsiyyət qurmaq imkanı əldə ediblər.

Elçin Cəfərov- rəssam: “Bəzən olur ki, tamaşaçı rəsmə baxır, rəssamın orada nə demək istədiyini tam başa düşə bilmir. Rəsm əsərində nəyi çatdırmaq istədiyi müəmmalı gəlir. Ona görə də fikirləşdik ki, rəssamın emalatxanasında olsalar, orada olan şəraiti, rəssamın özünün gündəlik keçirdiyi şəraiti, həyat tərzini yaxından tanıyarlar, onun işlərini daha yaxşı başa düşə bilərlər”.

Elnur Vahidoğlu