• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1613
— 06.02.2016 16:08

Gəncədə online bilet sifarişinə maraq yüksəkdir

Bir neçə gündür ki, ölkə daxilində və ölkədən kənara hərəkət edən sərnişin qatarlarına biletlərin internet şəbəkəsi vasitəsilə yeni online satış sistemi istifadəyə verilib. Məqsəd sərnişinlərə göstərilən xidmət səviyyəsini yüksəltməkdir.

Yeni sistemin istifadəyə verilməsi ilə dəmiryolu xidmətindən istifadə edən vətəndaşlar daha rahat şəkildə və vaxt itkisi olmadan bilet əldə edə bilirlər. Belə ki, www.ady.az saytının «Online bilet» bölməsinə daxil olmaqla istənilən qatara gediş sənədi sifariş edib, plastik kart vasitəsilə dəyərini ödəmək mümkündür. Onlayn bilet sifarişi 10 gün əvvəldən qatarın hərəkətə başlamasına 3 saat qalanadək mümkündür. Gəncə Dəmiryol Vağzalından verilən məlumata görə, yeni olmasına baxmayaraq, sistemdən istifadə edənlərin sayı kifayət qədərdir.  

Anar Əliyev- kassir: “Onlayn biletə maraq olduqca yaxşıdır. Bu sistemin istifadəyə verilməsi ilə vətəndaşlar rahat şəkildə evlərindən öz plastik kartlarından istifadə etməklə əvvəlcədən bilet sifariş edib, pullarını ödəyirlər. Arxayın şəkildə də gəlib biletlərini kassamızdan götürə bilirlər”.

Onlayn bilet sifariş verən vətəndaşların diqqət etməsi vacib olan məqamlar da var.

Qeyd edək ki, onlayn bilet sifariş edən vətəndaşlar biletə qatarın gediş vaxtını və digər mühüm məlumatları düzgün daxil etməklə bağlı məsuliyyət daşıyırlar. Bununla yanaşı, qatarın gediş vaxtına 1 saat qalanadək vətəndaş şəxsiyyətini təsdiq edən sənədlə birlikdə kassaya yaxınlaşaraq bilet əldə edə biləcək.

Vüsalə Camal