• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 760
— 06.02.2016 12:39

Azyaşlı uşaq Şəmkirdə yanğın törətdi

Şəmkir rayonunun Sabirkənd kəndində fərdi yaşayış evində yanğın hadisəsi baş verib. Şükür Mahmudova məxsus evin 30 kvm. çardaq hissəsinin 15 kvm., eləcə də çardağa yığılan 3 tona yaxın ot bağlaması yanıb. Yanğın əraziyə cəlb edilən 2 yanğınsöndürmə briqadası tərəfindən söndürülüb və alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb. İlkin ehtimala görə, hadisə nəzarətsiz qalan ev sahibinin nəvəsi tərəfindən törədilib. Belə ki, valideynləri təsərrüfatla məşğul olan azyaşlı kibritlə ot bağlamasını yandırıb. Araşdırmalar davam etdirilir.

Natiq Hüseyn