• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 757
— 06.02.2016 10:50

Göygöldə iki ev yanıb

Göygöl rayonu, Şəhriyar kəndində yaşayış evində baş verən yanğın digər evə keçib. Ümumi sahəsi 171 kv.m olan, 3 otaq və aynabənddən ibarət ikimərtəbəli ev damına yığılan 5 ton ot bağlamasının 3 tonu ilə birgə yanıb. Alov evə bitişik tikilən digər vətəndaşa məxsus 91 kvadrat metrlik 5 otaq və aynabənddən ibarət ikimərtəbəli tikiliyə də keçib. Bu evin ikinci mərtəbəsinin yanar konstruksiyaları 46 kv.m sahədə yararsız hala düşüb. Tikilinin damına yığılan 2 ton ot bağlamasının 1 tonu yanıb. Yanğın FHN-in yanğınsöndürənləri tərəfindən söndürülüb.

Natiq Hüseyn