• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2054
— 05.02.2016 16:08

Kənd təsərrüfatı naziri Goranboyda fermerlərlə görüşüb

“Heç kim fermerlərin kənd təsərrüfatı məhsullarını əkib-becərməsinə mane ola bilməz. İstehsal olunan məhsulların xarici bazara çıxarılması üçün dəstək də veriləcək”. Bu sözləri Kənd təsərrüfatı naziri Heydər Əsədov Goranboyda fermerlərlə görüşü zamanı səsləndirib. Təkcə 2016-cı ildə fermerlərə 51 milyon manat güzəşt edilib. 2005-2016-cı illər ərzində Goranboy rayonu üzrə 173 hüquqi və fiziki şəxsə ümumilikdə 410 ədəd müxtəlif kənd təsərrüfatı texnikası lizinqə verilib. Sonra görüş müxtəlif panellər üzrə davam etdirilib.

Vüsalə Camal