• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2192
— 05.02.2016 13:10

Şəmkirli gənclər təkliflərlə çıxış etdilər

Şəmkirdə rayon rəhbərliyi ilə yerli sakinlərin növbəti görüşü keçirilib. Çıxış edənlər son illər gənclərə yaradılan şəraitdən danışıblar. Şəmkir rayonunda 62100 nəfər gənc yaşayır. Onlardan 3459 nəfəri Yeni Azərbaycan Partiyasının üzvüdür. 1000-dən çox gənc mütəmadi olaraq idmanın müxtəlif növləri ilə məşğul olur. Rayonun ən böyük uğuru 2016-cı ilin "Gənclər paytaxtı" seçilməsi olub. Gənclərin asudə vaxtının səmərəli təşkili üçün müasir tələblərə cavab verən Zəka Gənclərin İntellektual Mərkəzi, eləcə də Olimpiya İdman Kompleksi inşa edilib. Hazırda bir neçə kənd və qəsəbədə idman qurğularının inşası davam etdirilir. Tədbir iştirakçıları bir sıra təkliflərlə də çıxış ediblər. Səsləndirilin müraciətlər həll edilməsi üçün qeydiyyata alınıb. Gənclər  arasında intellektual bilik yarışması da təşkil olunub. Yarışın qalibləri və il ərzində fəallığı ilə seçilən gənclər mükafatlandırılıb.  Görüş konsert proqramı ilə davam edib.  

Natiq Hüseyn