• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2060
— 04.02.2016 16:15

Gəncədə növbəti əmək yarmarkası keçiriləcək

Sabah Gəncədə növbəti əmək yarmarkası keçiriləcək. Yarmarka  saat 11-də Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının binasında təşkil ediləcək. İş axtaran vətəndaşlara 60 təşkilat tərəfindən 750 boş iş yeri təklif olunacaq. Bu təşkilatlardan 47-si dövlət, 13-ü isə özəldir. Gəncə Məşğulluq Mərkəzində ümumilikdə 3569 işsiz qeydiyyatdadır. Maksimum işlə təminat üçün mərkəz tərəfindən ixtisas dəyişmə kursları da təşkil ediləcək.

Abil Tağıyev - Gəncə Məşğulluq Mərkəzinin direktoru: "Vakant iş yerləri var və vətəndaşlar özləri seçim etməlidir. İdarə və müəssisələrin kadrlar şöbəsinə yaxınlaşmalıdırlar. Adlarını yazdıraraq göndəriş vəsiqəsi əldə etməlidirlər. Bir daha təklif edərdim ki, şəhərimizin işsiz sakinləri yarmarkada iştirak etsinlər".

Vüsalə Camal