• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2316
— 04.02.2016 12:57

Samuxun Alabaşlı qəsəbəsində körpələr evi-uşaq bağçası yenidən qurulur

Samux rayonunun Alabaşlı qəsəbəsi Şəmkirlə sərhəddə yerləşir. Son illər qəsəbəni rayon mərkəzi ilə birləşdirən yola asfalt örtük çəkilib. Müasir tələblərə cavab verən yeni məktəb binası inşa olunub. Bu işlərin davamı olaraq hazırda qəsəbədə körpələr evi-uşaq bağçası əsaslı şəkildə yenidən qurulur.

Körpələr evi-uşaq bağçasının müasir tələblərə uyğunlaşdırılması üçün işlərə ötən ilin dekabr ayından başlanılıb. Əsas məqsəd qəsəbədə məktəbəqədər təhsilin keyfiyyətini artırmaq, uşaqların təlim-tərbiyəsi üçün rahat şərait yaratmaqdır.

Ələddin Həsənov-iş icraçısı: “İki aydan artıqdır işə başlamışıq. Hazırda daxildə istilik sisteminin çəkilişi və üzlüklər vurulur. Kifayət qədər işçi qüvvəmiz var ki, bizə ayrılan vaxtadək binanı təhvil verək”.

Binanın həyətində qazanxana və su hovuzu da inşa edilir. 80 yerlik bağça əsaslı təmirdən sonra müasir inventar və avadanlıqlarla təchiz ediləcək. Tikili bu ilin may ayında istifadəyə veriləcək.

Natiq Hüseyn