• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1630
— 04.02.2016 11:48

Aclıq itə çətin anlar yaşatdı

Bir yumurta az qala itin ölümünə səbəb olacaqdı. Acgöz heyvanın tamahı ona çətin anlar yaşadıb. Kəpəz TV (Region TV) xəbər verir ki, Tovuzda boş yağ qutusunun içərisindəki yumurta sahibsiz itin diqqətini çəkib. Onu əldə etməyə çalışan canlı sözün həqiqi mənasında başına iş açıb. Qabdan yumurtanı götürməyə cəhd edən zaman heyvanın başı dəmir qutuda qalıb. Çətin vəziyyətə düşən canlını ətrafdakı insanlar xilas ediblər. Maraqlı görüntülər xilaskarlar tərəfindən yayda lentə alınıb.

Rahim İbrahimoğlu