• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1548
— 08.10.2014 23:39

Gəncə sakinini Göygöldə maşın vurub

Ötən gün Göygöl rayonu ərazisində 28 yaşlı piyadanı maşın vurub. Qəza törədən sürücü hadisə yerindən qaçıb. Hadisə axşam saat 22:00 radələrində rayonun Nadel kəndi ərazisində baş verib. Belə ki, Gəncə şəhər sakini 28 yaşlı Esmira Məmmədova yol kənarında dayanarkən naməlum avtomobil tərəfindən vurulub. Dərhal yaxınlarının köməyi ilə Gəncə şəhər TTYX-ya çatdırılan Esmira Məmmədovaya həkimlər ilkin tibbi yardım göstərib. Rafael Əsədov- travmatoloq: “Yol maşını ilə TTYX-nın reanimasiya şöbəsinə gətirilib. Hal-hazırda reanimasiya şöbəsindədir, müalicəsi davam etdirilir. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir”. Qeyd edək ki, qəza törədən sürücü hadisə yerindən qaçdığından hələlik onun kimliyini müəyyən etmək mümkün olmayıb. Faktla bağlı hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən araşdırma aparılır.