• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4782
— 30.01.2016 15:09

Naftalan və Samuxda dayanıqlı iqtisadiyyatın yaradılması, sahibkarlara yaradılan şərait müzakirə edilib

Ötən gün fövqalədə hallar naziri Kəmaləddin Heydərov Naftalan şəhərində ictimaiyyət nümayəndələri və sahibkarlarla görüşüb. Son illər kurort şəhərində həyata keçirilən tikinti və abadlıq-quruculuq işlərindən,  sahibkarlığa dəstək vermək üçün həyata keçirilən layihələrdən danışılıb. Elə dayanıqlı iqtisadiyyatın yaradılması, sahibkarlara yaradılan şərait Samux rayonunda da geniş tərkibdə görüşün keçirilməsinə səbəb olub.

10 minə yaxın əhalisi olan Naftalan şəhərində bütün standartlara cavab verən 7 müalicə sanatoriyası fəaliyyət göstərir. Müalicə ocaqlarında 800-ə yaxın şəhər sakini daimi işlə təmin olunub. Ötən il şəhərə gələn turistlərin sayı 16 mindən çox olub. Bunun 3000-i Almaniya, Türkiyə, Fransa, İtaliya, İspaniya, Polşa, Yaponiya, Çin, BƏƏ və digər 20-dən artıq xarici ölkədən gələn turistlər olub.  Bu gün Naftalanın turizm obyektləri gün ərzində 2000 turisti qəbul edə bilir.

Korort şəhərinin potensial imkanlarından maksimum istifadə etməliyik. Keçmiş SSRİ dövründə hər il 80 mindən çox vətəndaş müalicə olunmaq üçun bu şəhərə üz tuturdu və biz ən yaxın ildə bu nəticəyə nail olmalıyıq - deyən  nazir ölkədə sahibkarlığın inkişafı üçün kifayət qədər hüquqi baza və normal şəraitin mövcudluğuna da toxunub. Fəaliyyətin genişlənməsi üçün idxal məhsulları azalmalı, yerli məhsullara daha çox üstünlük verilməli, sənaye, kənd təəsərrüfatı, tikinti və digər sahələrdə məhsul istehsalı artırılmalıdır. Görüşdə yeni iş yerlərinin açılması, emal müəssisələrinin yaradılması, turizmin inkişaf etdirilməsi və digər məsələrlə bağlı səslənən təkliflər qəbul olunub.

Ölkə başçısının hər bir rayonun iqtisadi potensialı güclənməli, bölgələr özünü maliyyələşdirməlidir fikrinin Samux rayonunda gerçəkləşməsi üçün, rayonun kənd təsərrüfatı sənayesinə dövlət büdcəsindən vəsait ayrılıb və müəyyən şərait yaradılıb. Bu ildən etibarən rayonda 5 ha otlaq sahəsi əkinə yararlı sahəyə çevrilərək, taxıl səpini üçün istifadəyə veriləcək. 10 min baş mal qaranın saxlanılması üçün Bozdağ massivindən 4 ha otlaq və yem sahəsi ayrılıb. Kəndli fermer təsərrüfatının inkişafı üçün 12 mln manat ayrılıb. Sahibkarlığa təkan, dayanıqlı iqtisadiyyatın təminatı ilə bağlı konfransda Samuxun özünü maliyyələşdirməsi üçün tərəvəz əkininə geniş yer verilməsinin önəmindən bəhs edilib. Kartof əkini üçün 5 mln manat vəsait ayrılıb. Rayonda dövlətə məxsus 988 ha torpaq sahəsi var, ancaq buna baxmayaraq, bələdiyyə torpaqlarının sahibkarların istifadəsinə verilməsi fikri də önə çəkilib. 

Zülfiyyə Telmanqızı