• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3371
— 30.01.2016 14:42

Əsərləri ilə tarixi yaşadan 67 yaşlı heykəltəraş

Qazax sakini görkəmli mütəfəkkirlərə yenidən həyat verir. Dastanları, tarixi hadisələri yenidən insanların gözündə canlandırır. Bütün bunları isə o, hazırladığı heykəllər sayəsində bacarır.

Darısqal, o qədər də böyük olmayan emalatxana... Qazaxda yerləşən məkan ilk baxışdan cansıxıcı görünsə də əslində burada sənət əsərləri hazırlanır. 67 yaşlı Ramiz İsmi-Qaya illərdir bölgədə maraqlı əl işləri ilə diqqət çəkir. İlk işi dahi şair Səməd Vurğunun relyefini hazırlamaq olub. Daha sonra Qazaxın "Mütəfəkkirlər parkı"nda məşhur şairlərin, aşıqların büstünü, rayonun girişində yerləşən Dədə Qorqud kompleksinin müəllifi olub. 67 yaşlı rayon sakini mənfur düşmənin xalqımıza qarşı törədiyi vəhşiliyi də öz əsərlərində canlandırıb. Metaldan hazırlanan "Haray" bir çox sərgilərdə xarici ölkə vətəndaşlarının marağına səbəb olub. Hazırlanması isə daha çətin başa gəlib.

Heykəltaraş hazırda 5 kompozisiyadan ibarət olacaq “Xəmsə” üzərində çalışır. Gələcəkdə daha böyük komplekslər, heykəllər hazırlamaq iddiasında olan usta bölgədə bu sahəni inkişaf etdirmək üçün dərnək yaratmaq fikirindədir.

Ramiz İsmi-Qaya müxtəlif  suvenirlər də hazırlayır. Burada əsas diqqət yetirdiyi məqam isə onların milli ruhu əks etdirə bilməsidir.

Rahim İbrahimoğlu