• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2367
— 30.01.2016 15:27

Azərbaycanın ilk peşəkar maşın dizayneri Samir Sadıxov Gəncədə gənclərlə görüşüb

"Odlar Yurdu" Gənclər İctimai Birliyində baş tutan görüş zamanı istedadlı gənc həmyaşıdlarını maraqlandıran suallara cavab verib. Samir öz uğur hekayəsini gənclərlə bölüşüb, onlara bir sıra məsləhətlər verib. "Məqsəd böyük ola bilər, istəklər isə kiçik omalı, sizi addım-addım məqsədinizə çatdırmalıdır", deyən 25 yaşlı gənc, uğur əldə etməyin ən başlıca şərtinin dayanmadan çalışmaq olduğunu da diqqətə çatdırdı. Gənc yaşında bir çox uğura imza atan Samirə şöhrət gətirən "Ferrari World Design Challenge 2014" müsabiqəsində  qalib olması olub. O, 30 dizayn məktəbi, 500 tələbə arasında bir neçə turu keçərək, ikincilik əldə edib.

Gülnar Fazilqızı