• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 856
— 30.01.2016 15:19

Gəncədə yapon mətbəxinin təqdimatı keçirilib

Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Gəncədə yapon mətbəxinin təqdimatı keçirilib. Yaponiyalı aşpaz xalqının simvolu sayılan suşi və digər yeməkləri bişirib. Təqdimat mərasiminə maraq böyük olduğundan, Gəncə və ətraf rayonlardan da qonaqlar qatılıb.  Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi təbii və ahəngdar olan Yaponiya mətbəxinin uzun əsrli tarixə malik olduğunu, dünyanın ən sağlam mətbəxlərindən hesab edildiyini söyləyib. Mərasim zamanı qonaqlar Yapon mətbəxi ilə yaxından tanış olub və yeməklərdən dadıblar.

Tsuquo Takahaşi- Yaponiyanın Azərbaycandakı səfiri: "Yapon mətbəxi YUNESKO-nun mədəni irs sıyahısına daxil edilib. Bu proses YUNESKO-nun 2013-cü ildə Bakıda keçirilən 8-ci sessiyasında həyata keçirilib. Siz suşi haqqında məlumatlı olsanız da, bu gün bu yeməyin necə hazırlanmasına şahidlik etdiniz. Bizim üçün çox xoş oldu ki, yapon xalqının dəyərləri burda nümayiş edilir”.

Xaliq Qurbanlı