• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1513
— 08.10.2014 17:59

Hacıqabulda avtobusla minik avtomobili toqquşub

Nəticədə 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Qəzada zərbənin təsirindən minik avtomobili iki hissəyə bölünüb.

Düzgün dönmə əməliyyatı yerinə yetirməyən sürücü faciəvi qəzanın baş verməsinə səbəb olub. Hadisə Bakı-Qazax yolunun 144-cü kilometrliyində  Hacıqabul rayonunun Qarasu kəndi ərazisində qeydə alınıb. Sürücü Sabirabad rayon Kovlar kənd sakini Əliabbas Rəsulov hərəkətdə olarkən anidən dönmə əməliyyatı edərək arxadan gələn Ağstafa sakini Tural Əhmədovun idarə etdiyi  sərnişin avtobusun qarşısına çıxıb. Nəticədə dəhşətli qəza baş verib.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Sabirabad rayon Kovlar kənd sakini, Əliabbas Rəsulov və azyaşlı  Fehruz Rəsulov dünyasını dəyişib. Sərnişinlər Sara Rəsulova, Əli Həmzəyev və Xeyransa Həmzəyeva müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Hadisənin baş verməsinin ilkin səbəbi kimi minik avtomobilin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi göstərilir. Qeyd edək ki, qəza nəticəsində “VAZ-2106” iki yerə parçalanıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.