• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1294
— 30.01.2016 12:03

ATU-da “Restoran və otel biznesində uğur qazanmağın sirrləri” adlı təlim keçirilib

Azərbaycan Texnologiya Universitetinin Qida məhsulları və turizm fakültəsində “Restoran və otel biznesində uğur qazanmağın sirrləri” adlı təlim keçirilib. Gəncə və ətraf 4 rayondan olan 30-dan çox sahibkarın iştirak etdiyi təlimdə Dünya Aşpazlar Cəmiyyətinin üzvü olan təlimçi və digər mütəxəssislər mövzu ilə bağlı maarifləndirmə aparıblar. Ölkəyə xarici turistlərin cəlb olunması və ümumilikdə turizmin inkişafı baxımından dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən istifadə barədə danışıblar. Təlim iştirakçılarının sualları cavablandırılıb. Sonda sahibkarlara sertifikatlar təqdim edilib.

Mübariz Vəliyev- təlimçi: “Ümumiyyətlə, xidmət sektorunun yüksəldilməsi, müştərilərə necə xidmət göstərilməsi və digər xidmətlər haqqında və uğurların necə əldə olunması üçün nələr etmək lazım olması ilə bağlı  mövzularla çıxış etdik. Hazırda ölkəmizdə bu istiqamətdə olan durğunluqdan çıxış yolları hansılardır və bu sektorun inkişaf etdirilməsi üçün nələr edə bilərik. Mövzumuzun əsası bundan ibarətdir. Biz də öz növbəmizdə bu barədə əlimizdən gələni edirik. Bildiklərimizi sahibkarlarla bölüşürük”.

Gülnar Fazilqızı