• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 738
— 08.10.2014 17:59

Paytaxtda piyada ölümünə səbəb olan sürücü polis tərəfindən yaxalandı

Paytaxtda 1 həftə bundan öncə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsini üstü açılıb. Məlum olub ki, piyadanı vuran 34 yaşlı Zaur İbrahimov hadisədən yayınmaq üçün Bakını tərk edib.

Hadisə bu ayın birində səhər saat 6-da Abşeron rayonu Xırdalan şəhər Heydər Əliyev prospektində olub. Polisə sözü gedən ünvanda piyada vurulması ilə bağlı məlumat verilib. Dərhal əraziyə gələn polis müəyyən edib ki, ağır qəza zamanı ölən qadın 52 yaşlı Ellada Əliyevadı. Əməliyyat-axtarış tədbirlərinə başlayan polis 5 gün sonra piyadanı öldürüb qaçan sürücü 34 yaşlı Zaur İbrahimovu Şamaxıda saxlayıb.

Dindirmə zamanı Zaur İbrahimov qorxduğu üçün qadına kömək etmədiyini deyib. Polis müəyyən edib ki, Zaur  hadisə yerindən qaçmağı ilə yanaşı cinayətin izini itirmək üçün başqa üsullara da əl atıb.

Fakta görə onun barəsində Abşeron polisində cinayət işi başlanıb, araşdırmalar davam edir.