• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 736
— 08.10.2014 17:58

Paytaxda qətl hadisəsi baş verib

35 yaşlı ər 21 yaşlı həyat yoldaşını bıçaqlayaraq həyatına son qoyub. Qanlı olayın qısqanclıq zəminində baş verdiyi ehtimal olunur.

Hadisə paytaxtın Nəsimi rayonunun ərazisində Ruhulla Axundov küçəsi 10, mənzil 8 ünvanında qeydə alınıb. 35 yaşlı Rabil Abbasov qısqanclıq zəminində həyat yoldaşı 21 yaşlı Səadət Bağırovanı 2 azyaşlı övladının gözləri qarşısında bıçaqlayıb. Qadın yaxınlarının köməkliyi ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Yaralı Bağırova hadisədən bir gün sonra xəstəxanada dünyasını dəyişib. Qətli törətməkdə şübhəli bilinən Rabil Abbasov isə hadisə yerindən qaçaraq cinayət məsuliyyətindən yayınmaq istəyib. Lakin Nəsimi Rayon Polis İdarəsi və 21-ci polis bölməsinin əməkdaşları onu tez bir zamanda saxlayaraq istintaqa təhvil veriblər. İstintaqa ifadəsində törətdiyi cinayət əməlini etiraf edən saxlanılan Rabil Abbasov həyat yoldaşını qısqanclıq zəminində öldürdüyünü bildirib.

Əldə etdiyimiz məlumata görə, Rabil və Səadət bundan öncə ailəli olub. Hər iki şəxs  birinci ailəsindən ayrıldıqdan sonra bir- birini tanıyıb. Onlar evlənərək yenidən ailə həyatı qurublar. Qonşular isə 3 ildir ki, evlənən Rabil Abbasovun ailəsində tez-tez münaqişənin baş verdiini bildiriblər. Qeyd edək ki, Rabil Abbasov bundan öncə 2 dəfə məhkumluq həyatı yaşayıb. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam edir.