• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1977
— 08.10.2014 17:43

ABŞ Üzgüçülük Federasiyası olimpiya çempionu Maykl Felpsi 6 ay milli komandanın heyətindən uzaqlaşdırıb

Bu səbəb onun sərxoş vəziyyətdə avtomobil idarə etməsi olub. Sentyabrın 30-da Mariland əyalətinin Baltimore kəndində avtomobili içkili idarə etdiyinə və sürət həddini aşdığına görə 29 yaşlı üzgüçü polis tərəfindən saxlanılıb. Bundan sonra Üzgüçülük Federasiyası federasiyanın və üzgüçülük idmanının nüfuzuna xələl gətirdiyinə görə Maykl Felpsə 6 aylıq cəza verib.

Bununla da olimpiya çempionu 2015-ci ildə “Dünya Su İdmanları” çempionatında iştirak edə bilməyəcək.

Qeyd edək ki, Maykl Felps 2004-cü ildə də sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə 18 aylıq, 2009-cu ildə isə narkotik maddə qəbul etdiyinə görə 3 aylıq bütün yarışlardan kənarlaşdırılıb.