• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2054
— 29.01.2016 17:42

Gəncədə 25 saylı körpələr evi-uşaq bağçası və 5 saylı Poliklinika əsaslı təmir ediləcək

Bununla bağlı Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşinin iştirakı ilə qrant müqavilələri imzalanıb. Layihələr Yaponiya hökümətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində həyata keçiriləcək. Uşaq bağçasının günün tələblərinə uyğunlaşdırılmasında məqsəd məktəbəqədərki təhsilin inkişafına dəstək verməkdir. Tibb müəssisəsinin əsaslı təmiri isə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltməyə imkan yaradacaq.

Tsuquo Takahaşi- Yaponiyanın Azərbaycandakı səfiri: “İndiyədək yeni layihələr də daxil olmaqla, Yaponiya hökümətinin xətti ilə Gəncədə 14 layihə üzrə qrant müqaviləsi imzalanıb. Onların maliyyələşdirilməsinə isə 1 milyon 223 min 829 dollar vəsait ayrılıb”.

Gülnar Fazilqızı