• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 770
— 29.01.2016 16:31

Gəncə gəncləri hesabat verdilər

Ölkədə həyata keçirilən gənclər siyasəti, gənclərə göstərilən dövlət dəstəyi, yaradılan şərait və imkanlar Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin 4-cü Hesabat Seçki Konfransında diqqət mərkəzində olub. Partiyanın Şəhər Təşkilatının dövlət siyasətindən irəli gələrək gənclərlə birgə fəaliyyəti yüksək qiymətləndirilib və Gənclər Birliyinin Hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib. Müzakirələr dinlənildikdən sonra səsvermə yolu ilə Yeni Azərbaycan Partiyası Gəncə şəhər Partiya Təşkilatı Gənclər Birliyinə sədr və müavinləri seçilib. Eləcə də konfrans iştirakçıları adından Azərbaycan Respublikası Prezidentinə müraciət ünvanlanıb.

Vüsalə Camal