• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1922
— 08.10.2014 17:42

FİDE-nin Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirində 5-ci turun oyunları reallaşıb

Hesabat turunda şahmatçılarımız eyni nəticəyə imza atıb. Həm Teymur Rəcəbov, həm də Şəhriyar Məmmədyarov rəqibi ilə heç-heçə edib. Rəcəbov yarışın lideri Fabiano Karuana, Şəhriyar isə özü kimi autsayderlər cərgəsində olan Aleksandr Qrişukla xalları yarı bölüb. 5 turdan sonra Teymur 12 şahmatçı arasında 2,5 xalla 5-ci 8-ci, Məmmədyarov 1,5 xalla 11-ci 12-ci yerləri bölüşdürür. Bu gün keçiriləcək 6-cı turda Rəcəbov Qrişukla, Şəhriyar Lenyer Domingeslə üz-üzə gələcək.